Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsraildən açıqlama: “Erməni soyqırımı”nı seçkilərdən sonra qəbul edəcəyik

“Erməni soyqırımı” seçkilərdən sonra qəbul oluna bilər.

İsrail 1915-ci il hadisələri ilə bağlı açıqlama verib.

Din.az xəbər verir ki, İsrail parlamenti qanun layihəsini Türkiyədəki seçkilərdən sonra gündəmə gətirəcəklərini açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, İsrailin tarixi hadisəni siyasi maraqları üçün istifadə etdiyinin sübutu olaraq verdiyi açıqlamasında bu ifadələr yer alır:

“Baş nazir Binyamin Netanyahu erməni soyqırımının tanınması ilə bağlı İsrail parlamentində səsə qoyulacaq qanun layihəsinin, Ərdoğana seçkilərdən üstünlük qazandıra biləcək səbəbiylə iyulun 24-dən sonraya salınmasıyla bağlı Xarici İşlər Nazirliyinin təklifini qəbul etdi”.

Qeyd edək ki, ötən ilin iyul ayında Türkiyənin Məscidi-Əqsayla bağlı qanunsuzluq və məhdudiyyətlərə ən sərt reaksiya verən ölkə olaraq irəli çıxması İsrail siyasətində və mediasında çağırışlar edilmişdi. Həmin çağırışlar “azad kürd dövlətini dəstəkləmək və erməni iddialarını tanımaq”dan ibarət idi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...