Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsraildən ağır təhdid: “Bu, İslam İnqilabının sonuncu ildönümü olacaq”

Netanyahu: “Mən İran rejiminin təhdidlərini görməzdən gəlmirəm”.

“ABŞ-ın İranı vuracağı təqdirdə, iranlıların Təl-Əvivi və Hayfanı dağıdacaqlarına dair təhdidləri bizi qorxutmur”.

Din.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. “Mən İran rejiminin təhdidlərini görməzdən gəlmirəm, lakin bunlarla məni qorxutmaq olmaz” – deyə o bildirib.

Baş nazir qeyd edib ki, əgər Tehran faciəli səhv etsə və Təl-Əviv və ya Hayfanı məhv etməyə çalışsa, cəhdləri nəticəsiz qalacaq: “Bu, onların inqilabın sonuncu ildönümünü qeyd etdiyi il olacaq. Onlar bunu nəzərə almalıdırlar”.

Qeyd edək ki, ötən gün İranda İslam İnqilabının 40 illiyi qeyd olunub. İslam İnqilabı Keşişçiləri Korpusunun nümayəndəsi qeyd edib ki, “əgər Birləşmiş Ştatlar İrana hücum etməyə cəsarət etsə, bu Hayfa və Təl-Əvivin yer üzündən silinməsi ilə nəticələnəcək”. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...