Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsraildən etiraf: Bəşər Əsədə məğlub olduq

“Əgər biz bu fürsətdən istifadə etsəydik…”

Din.az xəbər verir ki, İsrail telekanallarından biri ərəb ölkələrinin Suriyaya olan baxışlarının dəyişməsini şərh edərkən bildirib ki, Suriyanın ərəb ölkələrinin arasına geri qayıtmasından sonra, İsrail yeganə məğlub olmuş tərəf olacaq.

“8 illik müharibədən, yüzminlərlə insanın ölümündən və milyonlarla suriyalının didərgin düşməsindən sonra Suriya prezidenti Bəşər Əsəb yenidən ərəb dünyasına qayıtmağı bacardı. Əsəd İranın və Rusiyanın köməyi ilə, məxsusən də, silahlı müxalifət və terrorçuları məğlub etdikdən və ordusunu daha öncə işğalda olmuş ərazilərdə yerləşdirdikdən sonra ərəb dünyasının ağuşuna geri döndü.”, – deyə 10-cu kanaldan bildiriblər.

“Ərəb ölkələrinin liderlər və başçıları Bəşər Əsədə yaxınlaşmağa başladı. Bu prosesin təşəbbüskarı Misir prezidenti Əbdül Fəttah əs-Sisi, onun ardınca isə Fars körfəzi ölkələri, məxsusən də, BƏƏ və İraq oldu. Ərəb ölkələri Suriyanın boykotuna son qoydu. Onlar daha Suriyaya qarşı çıxış etmək həvəsində deyillər. İsrail Bəşər Əsədi məhv etmək şansını əldən verdi və buna görə də Tel-Əviv Əsədin ərəb dövlətlərinin ağuşuna qayıtmasından sonra Suriya müharibəsindəki yeganə məğlub tərəfdir.”, – deyə qeyd edilib.

“Əgər biz bu fürsətdən istifadə etsəydik, asanlıqla İran qüvvələrini Suriyadan sıxışdırmaq olardı.”, – deyə əlavə edilib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...