Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsraildən sərt açıqlama: İran vurulacaq

“İlk olaraq İran Suriya ərazisindən çəkilməlidir”.

İsrail İran qüvvələrini yalnız sərhəddə deyil, eyni zamanda, bütün Suriya ərazisində vuracaq.

Din.az xəbər verir ki, “Yerusəlim Post” İsrailin Baş naziri Benyamin Netanyahunun Vladimir Putin və Mayk Pompeo ilə telefon danışıqları zamanı məhz bu fikri dilə gətirdiyini iddia edib.

“İlk olaraq İran Suriya ərazisindən çəkilməlidir. İkinci olaraq da İran və vəkillərinin Suriyada həm sərhədə yaxın, həm də ölkə daxilində hərbi varlığını təşkil etmək cəhdlərinə qarşı hərəkətə keçəcəyik. Onsuz da artıq hərəkətə keçmişik”, – Netanyahu bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...