Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsraildən tarixi Qəzza QƏRARI

Bölgədə humanitar böhranın pisləşməsinin qarşısını almaq üçün işlər görülür.

İsrail hökuməti beynəlxalq qurumların göndərəcəyi humanitar yardımların Qəzza şəhərinə daxil olmasına icazə verəcək.

Din.az xəbər verir ki, bu qərar İsrailin müdafiə naziri Aviqdor Liberman, Baş Qərargah rəisi Qadi Eyzenkot və ordunun cənub komandirliyinin başçısı Eyal Zamirin keçirdiyi toplantıda qəbul edilib.

Toplantıda Qəzzadakı humanitar və təhlükəsizlik sahələrindəki vəziyyət müzakirə edilib. Bölgədə humanitar böhranın getdikcə pisləşməsinin qarşısını almaq üçün göndəriləcək yardımların beynəlxalq nəzarət altında girişinə icazə verilməsi qərara alınıb. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...