Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrailə düşmən dedi, bir neçə gün sonra öldü

Bu yazı region mətbuatında böyük səs-küyə səbəb oldu.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl Həlic” qəzetinin redaktoru Həbib Əs-Sayiğ bir neçə gün öncə vəfat edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, Sayiğin vəfatından sonra onun ölümü ilə bağlı şübhələr artmağa başlayıb.

Çünki Sayiğ ölümündən bir neçə gün öncə ərəb ölkələrindən İsrailə artan səfərlər, münasibətlərin normallaşdırılması ilə bağlı məqalə yazmışdı. Sayiğ yazısında “İsrail bizim düşmənimizdir” ifadəsindən istifadə etmişdi. Bu yazı region mətbuatında böyük səs-küyə səbəb olmuşdu.

Onun məhz bu yazıdan qısa müddət sonra ölməsi hər kəsdə şübhə yaradıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...