Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrailə etiraz olaraq Aya-Sofyada NAMAZ QILDILAR

Gənclər muzeyə daxil olaraq namaz qılmağa başladılar.

İstanbulda polis Aya-Sofya muzeyində namaz qılmağa çalışan bir qrup gənci saxlayıb.

Din.az bildirir ki, həmin gənclər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına etiraz olaraq muzeyə daxil olaraq namaz qılmağa başlayıblar.

Həmin şəxslərin Milliyətçi Hərəkat Partiyasının tərəfdarları olduğu deyilir.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...