Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrailin Ali Məhkəmə binasına Hitlerin adı ilə mesaj yazıldı – FOTO

İsrailin Ali Məhkəmə binasına qəribə ittihamlar yazıldı.

Qüdsdə İsrailin Baqats adı verdiyi Ali Məhkəmə binasının divarına yazı yazılıb.
Din.az xəbər verir ki, Qüdsdə İsrailin Baqats adı verdiyi Ali Məhkəmə binasının divarına “1 Nömrəli vətəndaş olan Adolf Hitlerə öz missiyasını sona çatdırmasına niyə mane oldunuz?” yazısı yazılıb.

Naməlum şəxslər Ali Məhkəmə sədri Ester Xayutun otağının pəncərəsinin altına bu sözləri qara rənglə yəhudi dilində yazıblar.

Yazıda Amerikalılar və Varşava Gettosunun döyüşçülərinin ünvanına sərt sözlər diqqət çəkir.

Yazını yazanlar Amerikalılar və Varşava Gettosunun ( Polşanın paytaxtı Varşava şəhərində yəhudilərin toplanılması və saxlanılması üçün nəzərdə tutulmuş düşərgə) Hitlerin missiyasını sona çatdırmasına əsas maneələr kimi ittiham ediblər.

İsrail mediası bildirir ki, bunu yazan vandalları tapmaq mümkün olmayıb. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...