Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsrailin Bakı səfirliyi fəaliyyətini dayandırdı – Şok səbəb

103 ölkədəki səfirliklər xüsusi göstəriş verilənə qədər fəaliyyətini dayandırıb.

30 oktyabrdan İsrailin dünyanın 103 ölkəsindəki səfirlikləri xüsusi göstəriş verilənə qədər fəaliyyətini dayandırıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, sözügedən qərar İsrailin Maliyyə Nazirliyi ilə XİN və MN arasında yaranmış narazılıqdan sonra qəbul edilib.

Məlumata görə, diplomatlar İsrailin Maliyyə Nazirliyini razılaşmaları pozaraq diplomatların və ölkənin dünyadakı digər təmsilçilərinin saxlanması xərclərini azaltmaqda günahlandırıb.

İsrailin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin də əməkdaşlarının tətil elan etdiyi bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...