Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrailin Bakı səfirliyində etiraz: “AZƏRBAYCANLILAR FƏLƏSTİN XALQININ YANINDADIR” – FOTO

Azərbaycanlılar Amerika və sionist rejimə qarşı Fələstin xalqının yanında olduqlarını bildiriblər.

Azərbaycanlılar bir daha Azmerikanın Bakıda yerləşən səfirliyinin qarşısına toplaşaraq Qüdsə dəstək nümayiş etdirib.

Din.az xəbər verir ki, Azərbaycan Respublikasının “Marrifə dəvət” birliyinin çağırışı ilə Amerikanın Bakıdakı səfirliyinin qarşısında keçirilən nümayişdə Amerika prezidenti Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsinə və Amerikanın Təl Əvivdəki səfirliyini Qüdsə köçürmək qərarına qarşı şüarlar səsləndirib. Bununla yanaşı nümayişdə azərbaycanlılar Amerika və sionist rejimə qarşı Fələstin xalqının yanında olduqlarını bildiriblər.

Qeyd edək ki, Amerika prezidenti dekabrın 6-da verdiyi açıqlamasında Qüdsü İsrailin paytaxtı elan edib. Trampın bu qərarı dünya miqyasında böyük etirazla qarşılanıb.

Bundan başqa dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısında Qüds Fələstinin paytaxı elan edilib. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...