Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İsrailin baş naziri Azərbaycan Prezidenti ilə görüşəcək

Davos şəhərində Azərbaycan Prezidentinin görüşləri davam edir.

İsrailin baş naziri Binyamin Netanyahunun İsveçrənin Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü nəzərdə tutulub.

Din.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.

Bildirilir ki, Binyamin Netanyahu yanvarın 23-də Ümumdünya İqtisadi Forumunun işində iştirak etmək üçün Davosa yola düşüb. Onun Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko, həmçinin Kanada və Niderlandın baş nazirləri Castin Trüdo və Mark Rütte ilə görüşləri planlaşdırılıb.

Ümumdünya İqtisadi Forumu yanvarın 23-dən 26-dək davam edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...