Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrailin keçmiş naziri İran casusu çıxdı

90-cı illərdən İsrail hökumətində çalışan casus …

İsrailin keçmiş naziri və keçmiş deputatı Qonen Seqev İranın xeyrinə casusluğa görə mühakimə olunub.

Din.az xəbər verir ki, bu haqda “Jerusalem Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, Seqev artıq günahını boynuna alıb və onun vəkili ilə dövlət ittihamçısı razılaşmaya gələ biliblər. Etiraf etdiyinə görə, dövlət ittihamçısı hakimdən nisbətən daha az müddət, 11 il həbs cəzası istəyəcək.

Seqev 90-cı illərdən İsrail hökumətində çalışıb. 2018-ci ilin iyun ayında İranın xeyrinə casusluq ittihamı ilə həbs edilib. O, Nigeriyadan Ekvatorial Qvineyaya səfər edən zaman sonuncu ölkə kriminal keçmişinə və İsrail tərəfinin göndərdiyi həbs orderinə görə onu vətəninə deportasiya edib.

Əks-kəşfiyyatçıların sözlərinə görə, həbsdən əvvəl xeyli müddət Nigeriyada yaşayan Seqev 2012-ci ildən İran kəşfiyyatı ilə əməkdaşlıq edib. O, köhnə əlaqələrindən istifadə edərək, qarşı tərəfə İsrail barədə müxtəlif məlumatlar ötürüb.

Qonen Seqev 1992-1996-cı illərdə Knessetin deputatı olub. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...