Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrailin Məscidi-Əqsa üzərindəki hökmranlığı davam edir

İsrail polisi Məscidi-Əqsanın bir nəfər gözətçisini nəzarət altına alıb

İsrail polisinin yəhudi miqrantların Məscidi-Əqsaya ziyarəti zamanı bir gözətçini nəzarət altına aldığı bildirilir.

“Din.az” xəbər verir ki, Əqsa mühafizlərindən əldə edilən məlumata görə, İsrail polisi təqribən 45 yəhudi miqrantları ilə Məscidi-Əqsanın həyətinə girdiyi zaman Luey Əbu əs-Səid adlı Əqsa gözətçisini nəzarət altına alıb.

Əbu Səidin polis tərəfindən məlum olmayan bir yerə aparıldığı ifadə edilərkən, mövzunun Qüds İslam Vəqflər Dairəsi tərəfindən təqib edildiyi aşkarlanıb.

İordaniya kralı Abdullah və Fələstin Dövlət başçısı Mahmud Abbas 2013-cü ilin mart ayında İordaniyada “Qüdsü və müqəddəs dəyərləri qoruma haqqını” verən müqavilə imzalamışdı. İordaniya, həmçinin 1994-cü ildə İsraillə imzalanan Vadi Araba Sülh müqaviləsinə uyğun olaraq Qüdsdəki dini işlərdən məsul olma haqqını qoruyarkən, İordaniya Vəqflər Nazirliyinin idarəçiliyi altında 300-ü Məscidi-Əqsa gözətçisi olmaqla Qüdsdə 850 nəfər xidmət edir.

İsrail təhlükəsizlik qüvvələri son zamanlar Əqsa gözətçiləri əleyhinə nəzarət, pul cəzası, uzaqlaşdırma kimi qərarlar aldığı bildirilir. İordaniya hökumətinə bağlı olan təşkilatlar ilə qeyri-hökumət təşkilatları yayımladıqları ortaq məlumatda, “İsrailin Əqsa gözətçilərinə qarşı tətbiq etdiyi sistematik siyasətlə həzm etməyi və qorxutmağı hədəflədiyi” ifadə edilir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...