Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrailin Qəzzadakı qətliamları ilə bağlı beynəlxalq araşdırma başladı

İsrailin Fələstində törətdiyi qətliamlarla bağlı araşdırmalar başlayıb.

Beynəlxalq Cəza Məhkəməsi (BCM) işğalçı sionist İsrail rejiminin Fələstində törətdiyi kütləvi qətliamları ilə bağlı araşdırmalara başlayıb.

Din.az xəbər verir ki, mərkəzi Hollandiyanın Lahey şəhərində yerləşən qurumun baş prokuroru Fatou Bensuda ilkin hesabatı bu gün məhkəmə sədrinə təqdim edib.

O, istintaqın lazımi qaydada davam etdiriləcəyini söyləyib:

“Əldə edilən məlumatlar müstəqil şəkildə dəyərləndiriləcək və analiz ediləcəkdir. Mənə verilən hüquq çərçivəsində qərar verəcəyimə heç kim şübhə etməsin”. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...