Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsrailin şok Fələstin planı: 1 ildir ki…

Yaxın Şərqdə İsrailin Fələstinə qarşı təzyiqlər davam edir.

İsrail hökuməti ötən ildən bəri fələstinliləri başqa ölkələrə köçürməyə çalışır.

Din.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Məlumata görə, 1 ildir İsrail hökumətində bununla işlər görülür və ölkənin cənubundakı Negev şəhərində köçürülmənin həyata keçirilməsi məqsədilə hava limanı tikintisi planlaşdırılır.

Qəzet bildirib ki, İsrail Yaxın Şərqdəki bəzi ölkələrə müraciət edərək köçkünləri qəbul etmələrini istəyib, amma müsbət cavab ala bilməyib.

Amma buna baxmayaraq təkcə 2018-ci ildə Qəzzadan 35 min fələstinli köçüb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...