Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrailli general: İran bir nömrəli düşmənimizdir!

“İsrail İrana qarşı Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyə hazırdır”.

İsrailli general İran haqda danışıb.
Din.az-ın verdiyi xəbərə əsasən, İsrail rejimi ordusunun Baş Qərargahının rəisi general-leytenant Qadi Ayzenkot bildirib ki, İran ölkəsinin bir nömrəli düşmənidr. O əlavə edib ki, İsrail İrana qarşı casusluq sahəsində bəzi ərəb dövlətləri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyə hazırdır.

Ayzenkot Londonda dərc edilən “İlaf” qəzetinin müxbiri ilə söhbət zamanı deyib ki, İran regionun “ağalığını” ələ keçirməyi planlaşdırır. İran öz təcrübəsinin ötürülməsi, silah zavodlarının tikilməsi, proqressiv silahların, PUA-ların sayının artırılması, hərbi sahəyə yatırımların edilməsi və hərbçilərin yetişdirilməsi ilə regionda gedən oyunun qaydalarını dəyişmək niyyətindədir.

İsrail və Səudiyyə Ərəbistanının regionda ümumi hədəflərə sahib olduğunu qeyd edən Ayzenkot bəyan edib ki, Donald Trampın ABŞ-da hakimiyyətə gəlişi ilə İrana qarşı olan strateji layihəni həyata keçirmək üçün fürsət ələ düşüb.

İsrailin Suriyadakı müharibəyə müdaxilə etməsinə toxunan general-leytenant bildirib ki, Suriyadakı İsrailə müttəfiq olan qüvvələrə hücumların edilməsinə imkan verilməyəcək. //İslamazeri.com

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...