Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsrailli nazirdən BMT-yə SƏRT SÖZLƏR

Erdan “İsrail BMT ilə əməkdaşlıq etməməlidir. Düşmən mövqe içərisindədir”.

İsrail Dövlət Təhlükəsizlik Naziri Gilad Erdan “Həmas”ın xarici bürosu kimi qiymətləndirdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzza məsələsindəki mövqeyini sərt sözlərlə tənqid edib.

Din.az xəbər veirr ki, “Yerusəlim Post”un bildirdiyinə görə, İsrail Silahlı Qüvvələrinin radiosuna danışan Erdan “İsrail BMT ilə əməkdaşlıq etməməlidir. Düşmən mövqe içərisindədir, Həmasın xarici bürosu halına gəldilər” ifadələrini işlədib. Xatırladaq ki, İsrail əsgərləri Qəzza sərhədində hərəkət edən Fələstinlilərə sərt müdaxilə etmişdi. Əsl mərmilərin də istifadə edildiyi müdaxildə ümumilikdə 17 nəfər həyatını itirib, yüzlərlə insan isə yaralanmışdı. BMGK, Qəzzada İsrail əsgərlərinin müdaxiləsindən sonra Küveytin tələbi ilə qapalı iclas keçirmişdi. İsrail əsgərlərinin təcavüzünün pislənməsi təklifi, ABŞ-ın vetosu səbəbindən konsensus olmaması ilə rədd edilmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...