Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsrailli nazirdən hədə: “İstəsək “erməni soyqırımı”nı tanıyarıq”

İsrailin dövlət təhlükəsizliyi nazirindən sərt fikirlər…

İsraildən Ərdoğana yönələn qalmaqallı açıqlamalar davam edir.

Keçən həftənin cümə günü Qəzza sektoru – İsrail sərhədində 16 fələstinlinin öldüyü və ən az 500 nəfərin yaralandığı qarşıdurmadan sonra Ankara-Təl-Əviv münasibətlərində yaşanan gərginlik davam edir.

Din.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, İsrail rəhbərliyini kəskin tənqid edən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğana dünən İsrail baş naziri Binyamin Netanyahu cavab verib: “Sizdən dərs almayacağıq”. Bu gün isə İsrailin dövlət təhlükəsizliyi naziri Gilad Erdan, “İstəsək “erməni soyqırımı”nı tanıyarıq” deyib.

Gilad Erdan iddia edib ki, Ərdoğan Qüds prosesində rol almaq üçün Həması dəstəkləməyə davam edən bir antisemitdir: “Mavi Mərmərə” hadisəsindən sonra Türkiyə-İsrail arasında imzalanan yaxınlaşma anlaşmasına görə peşmanlıq duyuram”.

İsrail ordusunun radiosuna danışan Erdan, “İsrail, Osmanlının törətdiyi “erməni soyqırımı”nı da tanıya bilərdi” ifadəsindən istifadə edib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...