Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İstanbul fatehinin namaz qıldığı məscidə hücum edilib

Hücum nəticəsində məscidin sütunları dağılıb.

Kosovoda Osmanlı dövründən qalan tarixi məscidə naməlum şəxslər tərəfindən hücum olub.

Kosovoda Osmanlı dövründən qalan tarixi məscidə naməlum şəxslər tərəfindən hücum edilib. Din.az-ın xəbərinə əsasən,  Kosovonun Prizren şəhərində Osmanlıdan qalan tarixi əsərlərdən biri olan “Namazgah” məscidinə hücum edilib.

Hücum nəticəsində məscidin sütunları dağılıb.

Kosovo İslam Birliyi Şurası baş verən hadisəni pisləyib, 1455-ci ildə inşa edilən məscidə edilən hücumdan narahat olduqlarını bildirib. Şura günahkar şəxslərin tapılması və cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına çağırış edib. Şura həmçinin dağılan sütunların bərpa edilməsini də tələb edib.

Prizren şəhərinin bələdiyyə sədri baş verən hadisəni sərt şəkildə qınayıb, günahkarların cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, Osmanlı sultanı Fateh Sultan Mehmetin Prizreni fəth etdikdən sonra ilk cümə namazını burada qıldığı bildirilir.

Uzun illər anbar olaraq istifadə edilən məscid 2001-ci ildə Türkiyə tərəfindən bərpa edilib. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...