Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İstanbul kilidini qırmaq 21 yaşlı gənc sultan II Mehmetə nəsib oldu – Ərdoğan

566 ildir İstanbulu itirməyi qəbul edə bilmirlər.

Bu gün İstanbulun fəthindən tam 566 il keçir. 1453-cü ilə qədər qırılmayan İstanbul kilidini qırmaq 21 yaşlı gənc sultan II Mehmetə nəsib oldu. İstanbulla bağlı hesablaşma 566 ildir bitmədi, azalmadı.

Din.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“İstanbulu itirməyin acısını içlərindən ata bilməyənlər var. Bu gün coğrafiyamızı qan və göz yaşına boğan İŞİD-in də hədəfi yenə bu şəhərdir. Yeni Zelandiyada da terrorçunun “Aya Sofyanı minarələrdən xilas edəcəyik” deməsi də təsadüf deyil. Bu, 566 ildir sönməyən nifrət atəşinin yansımasıdır. “Gəzi olayları” zamanı da bu şəhərin divarlarını “Zülm 1453-cü ildə başladı” deyə kirlətmələri eyni zehniyyətin məhsuludur”, – Ərdoğan qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...