Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İstanbulda anti-FETÖ əməliyyatı – 74 nəfər saxlanıldı

Türkiyənin 18 şəhərində 92 ünvanda əməliyyat keçirilib.

İstanbul Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 74 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Din.az xəbər verir ki, həmin şəxslərin saxlanılması ilə əlaqədar Türkiyənin 18 şəhərində 92 ünvanda əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 74 nəfər saxlanılıb.

Bundan əlavə, araşdırmalar nəticəsində terror təşkilatı ilə əlaqəsi olan yeni şəxslər haqqında da məlumat əldə edilib.

Təhqiqat davam edir.  / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...