Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İstanbulda azərbaycansevərlər iftar süfrəsində toplaşıb

Share Button

Mərasim Azərbaycan Silahlı Qüvvələr Günündə keçirilib

İstanbuldakı Türkiyə – Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən iftar mərasimi təşkil olunub.

“Din.az” AzərTAC-a istinadən xəbər verir ki, mərasimdə İstanbulda yaşayan və işləyən azərbaycanlılar, Azərbaycan əsilli Türkiyə vətəndaşları, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə İSTAD-ın fəaliyyətini və Dünya Azərbaycanlılarının IV Qurultayından fraqmentləri əks etdirən video-çarx nümayiş olunub.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Seymur İlyasov, İSTAD-ın sədri Səfər Qaraqoyunlu, qadınlar təşkilatının rəhbəri Nebahat Kirman və digər şəxslərin çıxışları dinlənilib. Ümummilli lider Heydər Əliyev və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün xalqlarımız qarşısında tarixi xidmətlərini xatırladan çıxışçılar onların əziz xatirəsini ehtiramla yad edib, torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərimizi anıblar.

Mərasimin Azərbaycan Silahlı Qüvvələr Günündə keçirilməsi Milli Ordumuzla həmrəylik kimi dəyərləndirilib. Dünya Azərbaycanlılarının IV Qurultayının qarşıya qoyduğu vəzifələrin tarixi əhəmiyyətindən danışan natiqlər deyiblər ki, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı xaricdəki diasporumuz, eləcə də Azərbaycanı sevən hər bir şəxs üçün konkret vəzifələr müəyyən edib.

Dünya müsəlmanlarına müqəddəs Ramazan təbrikləri çatdırılan çıxışlarda bütün islam ümmətinə sülh və firavanlıq arzulanıb.

Mərasim bədii hissə ilə davam edib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir