Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İstanbulda Türkiyənin ən böyük məscidi açılıb – FOTO

Yeni açılan məsciddə eyni anda 63 min nəfər namaz qıla biləcək.

İstanbulda cümə namazı zamanı yeni Böyük Çamlıca məscidinin açılışı baş tutub.

Din.az Trend-ə istinadən bildirir ki, bu, Türkiyədə ən böyük məscid adını qazanıb.

Məscidin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Məscidin hündürlüyü 72 metrə bərabərdir. Burada muzey və kitabxana da fəaliyyət göstərəcək.

Qeyd edək ki, eyni anda 63 min nəfərin namaz qıla biləcəyi məscidin tikintisi 6 il əvvəl başlamışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...