Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İstanbulda vətən xainləri üçün qəbirstanlıq yaradılır

Share Button

Qoy “Vətən xainləri qəbirstanlığı” ndan keçənlər onlara lənət oxusun…

Türkiyədə Diyanətin “Dini xidmətlər verilməyəcək” dediyi qiyamçılarla bağlı “Vətən xainləri qəbirstanlığı”nın yaradılması haqda təlimat verilib.

“Din.az” xəbər verir ki, Taksim meydanında “Demokratiya Keşiyi” bu gecə də davam edib. Meydanı dolduran insanlar bütün gecə boyu Taksim meydanından ayrılmayıb. Əllərində bayraqlar olan insanlar mehtər marşlarının müşayəti ilə “Şəhidlər ölməz, Vətən bölünməz”, “Edam istəyirik” şuarları səsləndirib.

“Vətən xainləri qəbirstanlığı” haqda təlimat…

Kadir Topbaş çıxışında “Şeytanın belə ağlına gəlməyəcək qədər öz xalqına silah qaldıracaq bir terrorçu hərəkatı görməkdəyik. Bu elə bir hərəkatdır ki, “Fetoşizm” olaraq tarixə keçdi. FETO-nun terrorçuları əsgər geyimlərini istismar edərək, əsgər geyimində şeytana çevrilərək bu millətin canına qəsd etdilər.

Bura gəlməzdən əvvəl bir toplantı keçirdik. Ölən qiyamçılara Ordu Bələdiyyə sədri qəbirstanlıqda yer verməyib. Ailəsi isə qiyamçının meyitini alıb fındıq bağçasında basdırıb. Bələdiyyə sədrimizi təbrik etdim vvə bunları söylədim: “Bunları heç bir məzarlıq qəbul edə bilməz. Kimsəsizlər qəbirstanlığında ağzı dualı insanlar var, orda da olmaz. Bir yer ayıracaqsınız və “Vətən xainləri  qəbirstanlığı” adlandıracaqsınız ki, buradan keçənlər onlara lənət oxusun. Hər keçən lənət oxusun ki, onlar qəbirlərində rahat yata bilməsinlər” dedim. Onsuz da Cəhənnəmdən qurtula bilməzlər deyə inanıram. Amma qiyamçıların qəbir dünyalarını da dar etməyimiz lazımdır” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir