Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İstanbulda “Zülmə lənət, Qüdsə dəstək” mitinqi keçirildi – Fotolar

Aksiyada Fələstin torpaqlarında zülmə son qoyulmasını tələb edildi.

İstanbulda Fələstin xalqına dəstək məqsədilə böyük mitinq keçirilib.

Din.az bildirir ki, “Zülmə lənət, Qüdsə dəstək” devizi altında baş tutan mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, partiya rəhbərləri, nazirlər və digər rəsmi şəxslər də iştirak ediblər.

Həmçinin, Fələstin baş naziri Rami əl-Həmdalla da mitinqdə yer alıb.

Çıxış edənlər işğal edilmiş Fələstin torpaqlarında zülmə son qoyulmasını tələb ediblər.

Ərdoğan Qüds məsələsində İslam dünyası və bütün dünyanın “sinifdə qaldığını” söyləyib:

“İsrail 1947-ci ildə bəri istədiyini edir. Radikal sionistlər Qüdsdə müqəddəs məkanları kirlədirlər. Amma biz müsəlmanlar qınamaqdan başqa bir şey etmirik”.

O, ABŞ və İsrailin haqsız, vicdansız və əxlaqsız hərəkətlər etdiyini bildirərək “Zalımlar üçün yaşasın cəhənnəm” deyə söyləyib.(Qafqazinfo)

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...