Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İstanbuldakı göydələndən Trampın adı götürülə bilər

Share Button

Amerikalı Trampın müsəlmanlara qarşı dözümsüzlüyü bu qərarı verməyə şərait yaradır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Tramp islamofob fikirlər səsləndirdiyi üçün İstanbulun işgüzar rayonunda Amerika göydələni tərzində tikilən “Trump Tower” qülləsinin adını dəyişdirməyi təklif edib.

“Din.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Türkiyə prezidentinin fikrincə, Trampın Amerikadakı müsəlmanlara qarşı dözümlülüyü yoxdur və bu səbəbdən onun adı tez bir zamanda göydələndən götürülməlidir.

“Tower Trump” yaşayış və biznes kompleksi 2012-ci ildə Türkiyənin “Dogan Sirketler Grubu Holding AS” şirkəti tərəfindən inşa edilib. O, 37 və 39 mərtəbəli iki qüllədən ibarətdir. Kompleks Donald Trampa məxsus şirkətdən alınan imtiyazla inşa edilib. Onun açılışında Ərdoğan özü də iştirak edib, lakin indi bunun səhv olduğunu hesab edir.

15

80958743

6178101417_6a400fee3f_o

050420131752123858786_2

hidiv-kasri-1-3

trump-tower-istanbul

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir