Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İstanbuldakı suriyalılarla bağlı mühüm – Qərar

Hazırda İstanbulda 1 milyon 69 min 860 xarici vətəndaş qeydiyyatdadır.

Türkiyənin digər şəhərlərində qeydiyyatda olub, İstanbulda yaşayan Suriya vətəndaşlarının qeydiyyatı üzrə geri qayıtmaları üçün 2019-cu il avqustun 29-a kimi vaxt verilib.

Din.az xəbər verir ki, bu barədə İstanbul valiliyindən məlumat yayılıb.

Məlumatda rəsmi sənədlərə görə hazırda İstanbulda 1 milyon 69 min 860 xarici vətəndaşın qeydiyyatda olduğu bildirilir. Onlardan 547 min 479-u Suriya vətəndaşıdır. Onlar müvəqqəti qoruma qeydiyyatına alınıb. Hazırda İstanbulda bu qeydiyyat növü dayandırılıb.

Bundan əlavə ölkəyə qanunsuz yollarla daxil olanların da saxlanılaraq ölkələrinə geri qaytarılması istiqamətində tədbirlər görülür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...