"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Qaynar Xəbərlər

İstanbuldakı xristianlar XAÇ üçün özlərini dənizə atdılar – FOTOLAR

Share Button

Türkiyənin istanbul şəhərində Həzrəti İsanın doğumunun ildönümü dənizdən xaç çıxartma mərasimi ilə qeyd edilib. “Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, xristianların inancına görə, 6 yanvar günü dünyaya göz açan İsanın ildönümü səbəbi ilə Balatdakı Fener Rum Patrikxanasında ayin keçirilib. Balat, yəhudilərin İstanbulda yerləşən kvartalıdır. Ayində Türkiyədə yaşayan əhali və Yunanıstandan gələnlər çoxluq təşkil edib. […]

Türkiyənin istanbul şəhərində Həzrəti İsanın doğumunun ildönümü dənizdən xaç çıxartma mərasimi ilə qeyd edilib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, xristianların inancına görə, 6 yanvar günü dünyaya göz açan İsanın ildönümü səbəbi ilə Balatdakı Fener Rum Patrikxanasında ayin keçirilib. Balat, yəhudilərin İstanbulda yerləşən kvartalıdır.

Ayində Türkiyədə yaşayan əhali və Yunanıstandan gələnlər çoxluq təşkil edib. Patrik Bartholomeosun idarə etdiyi ayin üçün ziyarətçilər səhər saatlarından etibarən Patrikxanaya gəlməyə başlayıb.

Əvvəlcə patriarxların Aya Yorgi kilsəsində təşkil olunan ayinində şamlar yandırılaraq dua edilib. Ayindən sonra Patrik Bartholomeos və ətrafına toplaşanlar dənizdən xaç çıxartma mərasimini gerçəkləşdirməyə çalışıb.

Dənizdən xaç çıxartmaq istəyən gənclər bir qayıqla dənizə giriblər. Burada qurulan platformada keçirilən kiçik ayindən sonra xaç dənizə atılıb. Xaçın dənizə atılması ilə birlikdə qayıqda gözləyən bütün gənc oğlanlar da özlərini soyuq dəniz sularına atıb. Dənizə atılan xaçı Yunanıstandan gələn 29 yaşlı Nick Solis çıxarıb. Balatda təşkil edilən ayinə ikinci dəfə gələn Nick Solisin məşqçi olduğu öyrənilib.

j_5700

Qeyd edilib ki, Balatda keçirilən dini ayin və dənizdən xaç çıxartma mərasimi zamanı polis qüvvələrinin ətrafda təhlükəsizliyi təmin etdiyi görülüb. Baş verə biləcək hər hansı narahatlığın qarşısını almaq üçün polis dini mərasimə gələn hər kəsin üst-başını yoxlayıb.

g_1275

j_8438

k_9399

k_3812

j_5700

j_6007

l_5010

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir