Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İstanbulu, Konstantinopol edə bilməyəcəksiniz – Ərdoğan sərt danışdı

“Türk xalqı həmişə bu torpaqlarda yaşayacaq. İstanbulu, Konstantinopol edə bilməyəcəksiniz”.

“Müsəlmanların və Türkiyənin düşmənləri bizə nifrət etməyə davam edir”

Türkiyənin hər bir sakini Çanaqqala döyüşünün əhəmiyyətini anlamlıdır.

Din.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Çanaqqala döyüşü sadəcə döyüş deyil. Həmin günlər Türkiyənin tarixi yazılıb və bunu anlamayanlar bu torpaqlarda yaşaya bilməzlər.

Türkiyə prezidenti vurğulayıb ki, Çanaqqala döyüşü Türkiyə xalqının tarixinə qanla yazılıb. Bu qələbə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə əldə olunub.

Ərdoğan eyni zamanda Yeni Zelandiyada baş verənlərə də reaksiya verib: “Müsəlmanların və Türkiyənin düşmənləri bizə nifrət etməyə davam edir. Biz onlara cavab verməyə hazırıq və bu barədə Çanaqqaladan bəyanat veririk”.

O, qeyd edib ki, İsrailin baş nazirinin oğlunun bəyanatları əksər hallarda Yeni Zelandiyadan olan terrorçunun sözləri ilə üst-üstə düşür. Bütün bu hücumlar bir mənbədən qaynaqlanır: “Türk xalqı həmişə bu torpaqlarda yaşayacaq. İstanbulu, Konstantinopol edə bilməyəcəksiniz”.

Ərdoğan vurğulayıb ki, Türkiyə dara düşən hər kəsə, dünyada yaşayan bütün müsəlmanlar və türklərə dəstək olmağa hazırdır. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...