Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İstanbulun qəbiristanlıqları və oradakı qiymətlər

4 qrupa ayrılan qəbiristanlıq yerləri hayatda olanlar üçün bahalı, vəfat edənlər üçün isə ucuzdur.

İstanbulda ev almaq qədər qəbiristanlıq sahəsi almaq da çox çətindir. Mərkəzi qəbiristanlıqlar tam dolu olduğu halda digərlərinin qiymətləri çox bahalıdır.

Din.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbulda 497-si müsəlmanlar, 67-si isə qeyri-müsəlmanlar üçün olmaqla 564 qəbiristanlıq mövcuddur. Qəbiristanlıq yerinin ayrılması və qiymətlərin qoyulması İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən həyata keçirilir.

İstanbul Böyükşəhər Bələdiyyəsindən alınan məlumata əsasən, İBB-nin 2018-ci il məsrəflər tarifində 4 qrupa ayrılan qəbiristanlıq yerləri hayatda olanlar üçün bahalı, vəfat edənlər üçün isə ucuzdur.

MƏRKƏZİ QƏBİRİSTANLIQLAR ÇOX BAHALIDIR

Birinci qrupda olan Zincirlikuyu, Aşiyan və Karacaahmet kimi tarixi qəbiristanlıqlarda cənazə üçün yerlər 6 000 lirədir.

Həyatda olan birisi üçün boş qəbiristanlıq yerinin qiyməti 25 000 lirə olduğu halda, bir müddət əvvəl dəfn edilmiş qəbiristanlığın yanındakı boş qəbiristanlıq yeri isə 12 500 lirədir.

İstanbuldakı bütün qəbiristanlıqlarda yerlər üçün müəyyən məbləğ alınır. Dörd qrupa ayrılan 564 qəbiristanlığın qiymətləri günün şərtləri, iqtisadi göstəricilər, qəbiristanlıqların coğrafi və fiziki xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.

ZİNCİRLİKUYUDA 25 000 TL

Birinci qrupdakı qəbiristanlıqlarda üç fərqli yerin ayrılma forması mövcuddur.

Birinci qrupda olan Zincirlikuyu və buna bənzər qəbiristanlıqlarda yeni cənazə üçün qəbiristanlıq yeri 6 000 lirədir. Bir müddət əvvəl dəfn olunmuş cənazənin yanında olan boş yerin ayrılması üçün isə 12 500 lirə tələb edilir. Lakin tamamilə boş qəbiristanlıq yeri için 25 000 lirə alınır.

İkinci qrupdakı Eyyub qəbiristanlığında cənazə üçün qəbiristanlıq yerinin ayrılması qarşılığında 1 100 lirə tələb edilir. Bu qrupda cənazənin yanındakı boş qəbiristanlıq yeri üçün 5 000 lirə alındığı halda, həyatda olan birisi boş qəbiristanlıq yeri almaq istədikdə, qiymət 10 000 lirəyə qalxır.

GÖZDƏN UZAQ YERLƏR 100 LİRƏ

Üçüncü qrup olan Ayazağa və Kilyos qəbiristanlıqlarında isə cənazə üçün ayrılan yer 100 lirədir. Mövcud qəbiristanlığın yanındakı yer 2 000, boş yer isə 4 000 lirədir.

Dördüncü qrupdakı Göktürk və Bahçeköy qəbiristanlıqlarında isə cənazə üçün yer 100 lirədir. Mövcud qəbiristanlığın yanındakı boş yer 1000, həyatda ikən boş qəbiristanlıq yeri istəyən üçün isə 2 000 lirədir.

TAMAMİLƏ DOLU OLANLAR

Aşiyan, Zincirlikuyu, Edirnekapı və Karacaahmet kimi artıq şəhərin mərkəzində qalan və tarixi əhəmiyyətə malik olan qəbiristanlıqlar tamamilə dolaraq dəfn prosesləri üçün bağlıdır. Bu yerlərdə yalnız ailə qəbiristanlığı olanların cənazələri dəfn edilir. Bundan başqa, İBB-nin müəyyən etdiyi qiymət tarifləri xaricində hər hansı məbləğ alınmır.

Şəhər mərkəzindəki qəbiristanlıqlarda yer olmadığına görə son illər çox sayda qəbiristanlıq sahəsi açılıb. 2017-ci ildə Avropa səmtində Yeni Ayazağa, Silivri Ortaköy, Deliklikaya, Məscidi-Səlam, Hasdal, Anadolu səmtində isə Şilə Çayırbaşı, Oruçoğlu və Edeyli adlı qəbiristanlıq sahələri açılıb.

845 NƏFƏR İŞLƏYİR

İBB bir tərəfdən mövcud olanların xaricində yeni qəbiristanlıq sahələrinin yaradılması ilə bağlı işlər aparır, digər tərəfdən isə öz bölgələrində dəfn edilmək istəyən şəxslərə pulsuz aparılma xidməti göstərərək qəbiristanlıq sahələrinin daha da böyüməsinin qarşısını almağa çalışır.

İstanbulda artıq pulsuz heç kimin dəfn olunmadığı qəbiristanlıqların təhlükəsizliyi 47-si mühərrikli olmaqla, 715 xüsusi təhlükəsizlik heyətilə təmin edilir. Qəbiristanlıqların ətraf mühit nizamlamasını və xidmət işlərini isə 130 nəfər işçi həyata keçirir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...