Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsveç müsəlmanları qorumaq üçün elə bir üsula əl atdı ki…

Müsəlmanların cümə namazını təhlükəsiz şəkildə qılmasını təmin etmək üçün qeyri-adi üsul həyata keçirilir.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, İsveçin paytaxtında müsəlmanların cümə namazını təhlükəsiz şəkildə qılmasını təmin etmək üçün qeyri-adi üsula əl atılıb. Belə ki, namaz öncəsindən etibarən Stokholm məscidinin ətrafı insan zəngiri ilə əhatə olunub. İnsan zəngirinin “halqaları” sırasında İsveçin görkəmli ictimai-siyasi xadimləri, hətta bəzi nazirlər də olub. Tədbirdə iştirak edən mədəniyyət naziri Amanda Lind təhlükəsizlik tədbirində iştirak edən insanların çoxluğundan məmnun olduğunu bildirib. Nazir qeyd edib ki, topluma yönəlik hər cür hücumu pisləyir və buna qarşı çıxırlar.

Məlumat üçün qeyd edək ki, ötən həftə Yeni Zelandiyada məscidə edilən hücum nəticəsində 51 nəfər həyatını itirib. Baş verən terror aktı bütün demokratik dövlətlərdə ciddi etiraz və narazılığa səbəb olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...