Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İSVEÇDƏ MƏSCİD YANDIRILDI – FOTO

Məscidin imamı gözyaşlarını saxlaya bilmədi.

İsveçin Örebro şəhərində məsciddə yanğın hadisəsi törədilib.

Din.az xəbər verir ki, 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məsciddə baş verən yanğına gecə saatlarında müdaxilə edilib. Yanğınsöndürmə briqadasının rəhbəri Ulf Yakobsen məscidin istifadəyə yararsız vəziyyətə düşdüyünü deyib. Yanğın söndürülən zaman məscidin imamı gözyaşlarını saxlaya bilməyib.

2007-ci ildə inşa edilən məscidə 25 fərqli ölkədən olan müsəlmanlar ibadət üçün gəlirdi. Yanğının qəsdən törədildiyi bildirilir və hadisə araşdırılır. / Qaynarinfo.az

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...