Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsveçdə məsciddən çıxan müsəlmanlar daşa basıldı

50 nəfərlik qara geyimli bir qrup irqçi müsəlmanlara hücum edib

İsveçin paytaxtı Stokholmda qara geyimli bir qrup məscid çıxışında müsəlmanlara qarşı irqçi hücumlar təşkil ediblər.

“Din.az” “deyerler.org”a istinadən xəbər verir ki, İsveçin Aftonbladet qəzetinin xəbərinə əsasən, hadisə Södermalm rayonunda Stokholm məscidi qarşısında baş verib.

Məsciddən çıxan müsəlmanları 50 nəfərlik qara geyimli bir qrup irqçi sözlərlə təhqir edərək, daşa basıblar.

Hücumda ölən və ya yaralananın olmadığı, polisin də məsələ ilə bağlı istintaq başlatdığı bildirilib.

Hücum sonrası açıqlama edən Stokholm polis idarəsinin mətbuat sözçüsü Mats Eriksson hadisəyə şahid olan vətəndaşlardan yardım istədiklərini bildirib. O, indiyə qədər hadisə ilə bağlı heç kəsin həbs olunmadığını deyib.

255

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...