Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

İsveçdə məscidə islamofobik hücum

Share Button

“İslam pislik dinidir…”

İsveçin paytaxtı Stokholmdakı bir məscidə İslamofobik bir hücum həyata keçirilib.

“Din.az” xəbər verir ki, paytaxtın ən qədim və ən böyük məscidlərindən olan və Södermalm şəmtində yer alan Stokholm Məscidinin qapısına spreyli boya ilə “İslam pislik dinidir” yazılıb.

İsveç polisi hadisə ilə bağlı istintaq başladarkən isə yazı silinib.

Hücumu qınayan İsveç İslam Gənclik Federasiyasının sədri Yasri Xan, Stokholm Məscidinə daha əvvəl də oxşar hücumlar edildiyinə toxunaraq “İsveçdəki lideral medianın yayımları və irqçilik artır” deyib.

Ümumiyyətlə, Yaxın Şərq və Afrika mənşəli müsəlmanların ibadət etdiyi məscidin qapısına daha əvvəl də xaç şəkli çəkilmişdi.

277013

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir