Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsveçdə müsəlmanlar təxminən 20-22 saat oruc tutacaqlar

Şimal Qütbündə 22 saatlıq oruc …

Şimal Qütbünə yaxın və günün getdikcə uzandığı bu günlərdə, Avropanın Kiruna, Tromso və Reykyavik şəhərlərində yaşayan müsəlmanlar mübarək Ramazan ayında 21 saata yaxın oruc tutmağa başlayacaq.

Din.az bildirir ki, İsveçin şimalındakı Kiruna şəhərində yaşayan müsəlmanlar bu il Ramazan ayının əvvəlində 19 saat 53 dəqiqə, ayının sonuna yaxın isə 21 saat 58 dəqiqəyə qədər oruclu olacaqlar.

Norveçin Tromso şəhərindəki müsəlmanlar da ilk gün 19 saat 50 dəqiqə, son gündə isə 21 saat 59 dəqiqə oruc tutacaq.

İslandiyanın paytaxtı Reykyavikdəki müsəlmanlar isə ilk gün 19 saat 11 dəqiqə, son gündə isə 21 saat 48 dəqiqə oruclu olacaqlar.

Bu il Ramazan ayının may ayının ortasına təsadüf etməsi səbəbilə İsveçin paytaxtı Stokholm, Finlandiyanın paytaxtı Helsinki və Danimarkanın paytaxtı Kopenhagendəki müsəlmanlar ayın əvvəlində 19 saat oruc tutacaqlar. Ramazan ayının sonlarına doğru isə bu müddət 22 saata qədər artacaq. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...