Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İsveçdə müsəlmanları təhqir edən şəxs cəzalandırıldı

Müsəlmanları “parazit” adlandıran şəxs azadlığa buraxılıb.

İsveçdə sosial mediada müsəlmanları təhqir edən bir nəfərə 3 aylıq həbs cəzası verilib.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müsəlmanları “parazit” adlandıran həmin şəxs 7500 kron (1580 manat) cərimə ödəməklə həbsdən azad olub.

Məhkəmə prosesini aparan Mixael Forsberq son zamanlar sosial mediada təhqirlərin artdığını, saxta profillərdən edilən paylaşımların “qorxunc” səviyyəyyə çatdığını və polislərin həmin şəxsləri tapmaq üçün günlərlə vaxt sərf etdiyini deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...