Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsveçdə naməlum şəxslər məscidi yandırıb

İsveçdə məsciddə yanğın törədilib.

Naməlum şəxslər İsveçin cənubundakı Hesselholm şəhərində məscidi yandırıblar.

Din.az bildirir ki, bu barədə İsveç Dövlət Radiosu – “SR” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində binaya ciddi ziyan dəyib. Yanğınsöndürənlər qısa müddətdə alovu lokallaşdırıblar. İslam Mədəniyyət Assosiasiyasının nəzdində fəaliyyət göstərən məscid 200 nəfərlik üçün nəzərdə tutulub.

Yanğın zamanı heç kim xəsarət almayıb. Polis hadisəni törədən cinayətkarı axtarır. /  Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...