Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İSVEÇDƏ QƏDİM MƏZARLARDAN ÜZƏRİNDƏ “ALLAH” VƏ “ƏLİ” SÖZLƏRİ YAZILMIŞ GEYİMLƏR TAPILDI

Bu sözlərin işləndiyi paltarlar ölünün baş tərəfinə qoyulub.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, Uppsala Universitetinin Qədim dövr tarixi və arxeologiya bölməsinin elmi işçisi Annika Larsson mətbuata verdiyi açıqlamada Birka bölgəsində ortaya çıxarılan Vikinq məzarlarında araşdırma aparılarkən üzərində “Allah” və “Əli” yazılan geyimlər tapdıqlarını bildirib.

Larsson deyib ki, bu, çox maraqlı bir tapıntıdır. Sözlər ərəb hərfləri ilə kufi yazı xəttində yazılıb. Vikinqlər ölüləri geyim formaları və qızıl-zinət əşyaları ilə dəfn edirdilər. Məzarlarda üzərində “Allah” və “Əli” sözləri yazılmış ipək paltarlar tapdıq. Bu tapıntı bizi xeyli həyəcanlandırdı. Bu sözlərin işləndiyi paltarlar ölünün baş tərəfinə qoyulub.

Vikinqlərin ölüm sonrası yaşam düşüncəsinə sahib olduğunu göstərən bir çox faktla rastlaşdıqlarını bildirən Larsson vurğulayıb ki, Vikinq Tanrısı Odenin Asiyadan köçüb İsveçin Malardalen bölgəsinə yerləşən bir döyüşçü olduğu deyilir. Vikinqlər ölümdən sonra da həyatın davam etdiyinə inanırdılar. Bu inanc İslamdan gəlmə idi.

Qeyd edək ki, məzarlardan tapılan həmin geyimlər ötən həftədən Enkopinq muzeyində sərgilənir. Sərgi 2018-ci ilin fevral ayına qədər davam edəcək.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...