Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Quba Soyqırımı məzarlığını ziyarət edib

“İnsanlar arasındakı heç bir problemli məsələni müharibə yolu ilə həll etmək olmaz”.

İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun başçılıq etdiyi nümayəndə heyəti Quba Soyqırımı məzarlığını ziyarət edib.

Din.az bildirir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleksin açılışının 2013-cü il sentyabrın 18-də baş tutduğu qonaqların nəzərinə çatdırılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Ake Goransson məzarlıq haqqında əvvəllər məlumatlı olmadığını, bu barədə birinci dəfə eşitdiyini deyib. Onun sözlərinə görə, dünyanın bir neçə ölkəsində bu tipli məzarlıq görüb: “Bu, bir daha bizə xatırladır ki, insan övladı öz hərəkətləri hansı qəddarlıqlara və dəhşətlərə gətirib çıxara bilər. Bu məqsədlə biz azərbaycanlı həmkarlarımızla bu münaqişələri necə sülh yolu ilə həll edə bilərik? Ümumiyyətlə, 20 əsr bütün dünyada müharibələrlə dolu olub. Bizim burda gördüklərimiz bir daha bizə xatırladır ki, dünyada ölkələr və insanlar arasındakı heç bir problemli məsələni müharibə yolu ilə həll etmək olmaz”.

O, Qubaya gəlişi zamanı Qırmızı Qəsəbədə yaşayan yəhudi icması ilə görüşdüklərini, onların öz adət-ənənələrini qoruyub saxlamalarını, yaşayış tərzləri ilə bağlı maraqlı məlumat əldə etdiklərini deyib. “Onlarla görüşlərdən sonra belə qənaətə gəldik ki, onlar Azərbaycanın tolerant, multikulturaal bir ölkə olduğu fikri ilə tam razıdırlar. Bu dini icmaların nümayəndələri Azərbaycanı belə bir ölkə kimi qəbul edirlər”.

İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Azərbaycana səfərinin əsas məqsədinin azərbaycanlı tərəfdaşlarla görüşmək, fikir mübadiləsi aparmaq olduğunu deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...