Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İsveçrə və Avstraliyada müsəlman qadınlara hicab qadağası

Qadağa ilə bağlı layihə rəsmi şəkildə təsdiqlənib

İctimai yerdə niqab geyinmək və qapalı geyimdə üzmək qadağan olunub.

Müsəlman qadınların burkini (hər yeri qapalı müsəlman geyimi) geyərək çimməyə qadağa qoyulub. Bu barədə qərar Avstraliyanın Hainfeld şəhərində verilib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, şəhər şurası hovuza qapalı girməyi qadağan edən layihəni dəstəkləyib.

Bu qadağaya səbəb kimi isə hovuzların “sağlamlıq tələblərinə uyğunlaşdırlması” göstərilib.

Hainfeld Bələdiyyəsinin başçısı Albert Pitterle qərarın üzmə qaydalarına müvafiq olaraq verildiyini deyib.

600@0

Müsəlman qadınlarına geyimləri ilə bağlı daha bir qadağa isə İsveçrədə qoyulub. İsveçrənin italyan dilində danışılan cənub bölgəsində yerləşən Ticino şəhərində bəzi müsəlman qadınların istifadə etdiyi və bütün üzü qapayan geyimin – niqabın ictimai yerlərdə geyilməsini qadağan edilib.

Qanuna tabe olmayanlar 100 (157 AZN) və ya 10 (15 AZN) min frank cərimə olunacaq.

Əslində Ticino bölgəsində 2013-cü ildə keçirilən referendumla üzü tamamilə qapayan geyim icazəsi qadağan edilmişdi. Lakin qadağa bu gündən qüvvəyə minib.

600@0 (1)

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...