"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
memmedyarov_gorush_050916

İsveçrə Yəhudi İcmasının prezidenti Azərbaycandan məmnun qaldı

Share Button

Herbert Vinter Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edib

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Din.az” xəbər verir ki. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda yəhudi icmasının əsrlər boyu müxtəlif dini konfesiyaların nümayəndələri ilə dinc yanaşı yaşadığını bildirərək, 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edildiyini diqqətə çatdırıb. Azərbaycanın İsveçrə, eləcə də İsrail ilə yaxın dostluq münasibətlərinə malik olduğunu qeyd edən nazir bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün İsveçrə yəhudi icmasının da öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Herbert Vinter Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edəHerbert Vinterrək, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradılmasını yüksək qiymətləndirdiyini bildirib. Ölkəmizdə şahidi olduğu multikulturalizm və tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq, bunun bütün dünya üçün nümunə ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top