Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İsveçrə yəhudiləri Milli Məclisdə olub

Yəhudilər Azərbaycanı özlərinin xoşbəxt və firavan yaşaya bildikləri ikinci vətənləri hesab edir…

Milli Məclis sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bahar Muradova Azərbaycanda səfərdə olan İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Din.az” xəbər verir ki, bu barədə Milli Məclisdən Trend-ə verilən məlumatda bildirilir.

B.Muradova görüşdə qeyd edib ki, yəhudilər Azərbaycanda köklü xalqların nümayəndələri kimi bütün hüquqlardan, imkanlardan istifadə edirlər. O qeyd edib ki, keçmış postsovet məkanında Azərbaycan yeganə məkandır ki, burada etnik mənsubiyyətə görə heç bir xalqın nümayəndəsi təzyiqə məruz qalmayıb: “Yəhudilər Azərbaycanı özlərinin xoşbəxt və firavan yaşaya bildikləri ikinci vətənləri hesab edirlər ki, bu da hər zaman İsrail-Azərbaycan münasibətlərində körpü rolunu oynayıb”.

Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Azərbaycana səfərin onlarda yüksək təəssürat yaratdığını, ölkəmizi tolerantlığın və müasirliyin cəmləşdiyi bir məkan kimi tanıdıqlarını vurğulayıb.

O, ölkələr arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək, multikulturalizm modelinin həyata keçirilməsi sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini qeyd edib. Qonaq Azərbaycanda yəhudi icmasının nümayəndələrinə olan münasibətə görə minnətdarlığını bildirib, müxtəlif mədəniyyətlərin, etnik və dini qrupların dinc yanaşı yaşama məsələləri ilə yaxından tanış olmaq üçün bu səfərin yaxşı bir fürsət olduğunu deyib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

14731549895317833680_1000x669

14731549893404632605_1000x669 (1)

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...