Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsveçrədə İslam rəsmi din olsun – TƏKLİF

İslam rəsmi din olarsa dövlət maliyyə xərclərini qarşılayacaq…

İsveçrə Sosial Demokrat Partiyasının lideri Kristian Levrat İslamın rəsmi din olaraq tanınması təklifini irəli sürüb.

“Din.az” xəbər verir ki, İsveçrənin “Sonntags Zeitung” qəzetinə açıqlama verən Levrat, İslamın rəsmi din olaraq qəbul edilməsi və konstitutsiyada yer almasının müzakirə edilməsini söyləyib.

Rəsmi din olarsa maliyyə xərcləri dövlət tərəfindən qarşılanacaq…

“İslam rəsmi din olaraq tanınarsa, din adamlarının təhsilinin və maliyyə yardımının İsveçrə tərəfindən qarşılanacağı və xarici və kənar ölkələrə buraxılmayacağı” təklifimi irəli sürən Kristian Levrat, “İsveçrəyə xas bir İslam dini ola bilərmi? Bunu müzakirə etməliyik” deyib.

Sorğu keçirildi…

Təklifə “20 Minuten” qəzeti də səhifələrində yer verib. Gəzetin xəbərinə görə, “İsveçrədə İslam rəsmi din olamlıdırmı?” şəklində bir anket sorğusu təşkil edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...