Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

İsveçrədə müsəlman qızlar pasport almaq üçün hovuza girməlidir

Share Button

İsveçrədə üzgüçülük dərsləri məcburidir

İsveçrənin Bazel-Land kantonunun hakimiyyəti üzgüçülük dərslərinə gəlməyən müsəlman qızlara vətəndaşlıq verməkdən imtina edib.

“Din.az” “publika.az”a istinadən xəbər verir ki, bu haqda “The Local” nəşri yazıb.
Məlumata görə, söhbət 12 və 14 yaşlı iki bacıdan gedir. Onlar dini qaydaları əsas gətirərək məktəbin hovuzunda üzməkdən imtina ediblər. Bundan sonra onların pasport almaq üçün etdiyi müraciət rədd edilib.
Vətəndaşlığa götürülmə üzrə komitənin başçısı Stefan Verlenin sözlərinə görə, konfederasiyanın vətəndaşlığını almağı arzu edən cavan insanlar İsveçrə maarifləndirici sistemin bütün tələblərinə cavab verdiyini sübut etməlidirlər.
“Çünki üzgüçülük dərsləri məcburidir. Onların dərslərə gəlməməsi onu bildirir ki, şagird bu tələblərə uyğun deyil. Onlar qanunu pozurlar, buna görə də vətəndaşlıq hüquqlarından məhrum olurlar”, – Verle bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir