Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İsveçrəli gənc Fələstinə dəstək üçün 5 min km yolu piyada gedir – Fotolar

Hədəf ümumilikdə 5000 km yol qət edərək Fələstinə çatmaqdır.

İsveçrəli gənc İsralin işğalı altında olan Fələstinə dəstək üçün ötən ildən etibarən öz ölkəsindən piyada səyahətə başlayıb.

Din.az xəbər verir ki, qarlı, yağşlı və digər ağır şəraitlərdə dayanmadan yoluna davam edən Bejamin Ladraa adlı gənc bir neçə ölkədən keçərək Türkiyəyə çatıb.

Onun hədəfi ümumilikdə 5000 km yol qət edərək Fələstinə çatmaqdır.

Yanında Fələstin bayrağı da daşıyan Benjamin, keçdiyi ölkələrdə Fələstində baş verən hadisələr barədə də məlumatlar paylaşır.

O, heç bir təşkilata və ya quruma bağlı olmadan fərdi şəkildə etiraz aksiyasına davam edir. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...