Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İtaliya prezidenti və baş naziri “Allahu Əkbər” sədasına baş əydi… -Gözlənilməz

Cənazə mərasimində katolik keşişlə yanaşı, imam da iştirak edib.

İtaliyanın ali rəhbərləri müsəlman din xadiminin “Allahu Əkbər” çağırışı altında baş əyib.

Din.az bildirir ki, bu haqda “The Local” portalı xəbər yayıb. Gözlənilməz olay Genuya körpüsünün çökməsi nəticəsində həlak olmuş iki müsəlmanın dəfn mərasimi zamanı baş verib. Ölənlər arasında müsəlmanlar da olduğundan cənazə mərasimində bir katolik keşiş ilə yanaşı, imam da iştirak edib.

İmam mütəmadi uca səslə “Allahu Əkbər” ( “Allah böyükdür”) deməklə neçə dəqiqəlik cənazə duası oxuyub. Və bu zaman digər mərasim iştirakçıları kimi İtaliya prezidenti Serjio Mattarella və baş nazir Cuzeppe Konte – də başlarını aşağı əyiblər. Cənazə namazında hətta hakim koalisiyanı formalaşdıran İtaliyanın daxili işlər naziri, sağçı radikal partiyanın rəhbəri Matteo Salvini də iştirak edib.
Qeyd etmək lazımdır ki, İtaliyada sağçı radikal və islamofob əhvali-ruhiyyə fonunda müsəlman dini ayinlərinin kütləvi icrası nadir hallarda baş verir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...