Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İtaliyadan radikal islama qarşı QADAĞA

Dini təhqir etməyin ölümlə cəzalandırılmasını dəstəkləyənlər həbs olunacaq

Sağ qanaddakı İtaliyanın Qardaşları (FDL) Partiyasının lideri Giorgia Meloni radikal islamı qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

“Din.az” “axar.az”a istinadən xəbər verir ki, qanun layihəsində din adı altında nifrət hissi yayanlar, nifrəti təşviq edənlər və onları maliyyələşdirənlərə 6 ilə qədər həbs cəzasının verilməsi nəzərdə tutulur.

Layihədə din dəyişmə, homoseksualizm, zina və dini təhqir etməyin ölümlə cəzalandırılmasını dəstəkləyənlər, işgəncə və digər cəzaların tətbiqini müdafiə edənlər, din azadlığına qarşı çıxanlar, köləlik və insan alveri edənlərin cəzalandırılacağı bildirilir.

Başqa dövlətlərdən, təşkilat və yaxud fərdi şəxslərdən yuxarıda sadalanan halları törətmək üçün maddi yardım alanlar üçün 5 ilə qədər həbs nəzərdə tutulub.

İtaliyanın Qardaşları Partiyasına yaxın “Sekolo d’İtalia” saytının məlumatına görə, qanun layihəsi vəhhabi və sələfi təriqətinin ölkədə yayılmaması üçün hazırlanıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...