Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İtin xatirəsi kilsədə yad edildi

“Eks” ləqəbli itin xatirəsi kilsədə xatırlandı.

ABŞ-ın Miçiqan ştatında Sent-Kler-Şors departamentinin polisi cinayətkar tərəfindən öldürülən “Eks” ləqəbli itin xatirəsini kilsədə keçirilən mərasimlə yad edib.

Din.az xəbər verir ki, hadisə uşaqların iştirakı ilə təşkil olunan əyləncə axşamında baş verib. Özünü qeyri-adi aparan şəxs polisdən qaçmağa cəhd edib, sonra isə onu təqib edən itə atəş açaraq öldürüb. Bundan sonra polis əmkdaşları 29 yaşlı cinayətkarı cavab atəşi ilə zərərsizləşdirib.

Xatirə mərasimini açıq elan edən rahibdən sonra zabitlər və məmurlar çıxış ediblər. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...