Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İtkin düşmüş səudiyyəli jurnalistin nişanlısı Ağ evə dəvət olunub

“Səudiyyə Ərəbistanından olan jurnalistin axtarışlarının müsbət nəticələnəcəyinə ümid bəsləmirəm”.

ABŞ prezidenti Donald Tramp itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı ilə görüşəcəyini bildirib.

Din.az xəbər verir ki, bunu o, Türkiyə tərəfindən azadlığa buraxılan keşiş Endryu Branson ilə Ağ evdə görüşü zamanı deyib.

“Biz onun nişanlısını Oval kabinetə dəvət etmişik”, – deyə prezident vurğulayıb.

O həmçinin etiraf edib ki, Səudiyyə Ərəbistanından olan jurnalistin axtarışlarının müsbət nəticələnəcəyinə ümid bəsləmir.

“[Sonu ] yaxşı görünmür”, — deyə Tramp bildirib.

Qeyd edək ki, oktyabrın 12-də Türkiyə məhkəməsi tərəfindən azadlığa buraxılan amerikalı keşiş Endryu Branson şənbə günü Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...