Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

İzmirdə salavat oxuyan müəzzin döyüldü – VİDEO

Share Button

FETO-nun hərbi çevrilişə cəhdinin yaşandığı gecə müəzzinin döyüldüyü anlar məscidin təhlükəsizlik kamerasına yansıyıb

Fethullahçı Terror Təşkilatının (FETO) hərbi çevrilişinə cəhdinin yaşandığı gecə İzmirin Narlıdərə şəhərində salavat oxuyan müəzzin bəzi şəxslər tərəfindən döyülüb.

FETO mənsublu əsgərlərin 15 iyuldan 16-sına keçən gecə gerçəkləşdirilən hərbi çevrilişə cəhdə qarşı Türkiyə prezidenti Ərdoğanın xalqı meydanlara çağırmasından sonra Diyanət İşləri naziri Mehmet Görmezin təlimatı ilə salavat oxuyan din xadimləri, “Dəyərli vətəndaşlarımız, Allah adına, dövlətimiz adına, millətimiz adına meydanlara çıxın. Hörmətli prezidentimizin çağırışını qəbul edin və milli iradəyə sahib çıxmaq adına vətənini sevən bütün xalqımızı hər hansı bir azğınlıq etmədən şəhər meydanlarında toplaşmağa dəvət edirik” çağırışını etmişdir.

Salavat oxuyan bu məscidlərdən biri olan İzmirin Narlıdərə şəhərindəki Müqəddəs Yalvaç Məscidinin müəzzini Mehmet Kuzgun məscidə gələn naməlum şəxslər tərəfindən döyülüb.

Əvvəlcə qadın döydü…

Məscidin kamera görüntülərinə görə, 15 iyul saat 01:42 radələrində məscidin giriş qapısından 2-si qadın olmaqla 3 nəfər daxil olub.

Qadınlardan biri içəri girib müəzzini döyərkən, digəri əlindəki daşla məscidin pencərələrini qırıb.

“Din.az” baş verən hadisənin videogörüntüsünü təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir